Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan on səkkiz fotoqraf (hər ölkədən üç nəfər olmaqla) EU NEIGHBOURS EAST və FOTOFESTIWAL tərəfindən “Ailə bağları” mövzusunda təşkil edilən foto müsabiqədə final mərhələsinə keçməyi bacarıb.
On səkkiz finalçı martın 31-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək mükafatlandırma mərasiminə dəvət edilib. Tədbirdə hər ölkədən bir qalib seçiləcək və onlara 1 000 avro dəyərində mükafat veriləcək.
Müsabiqəyə 400-dən artıq fotoqraf qatılıb. Fotoqraflıq sektorunda tanınmış şəxslərdən ibarət münsiflər heyəti iştirakçıların layihələrini qiymətləndirərək onlar arasından hər ölkədən üç fotoqraf seçiblər.
Fotoqraflar müsabiqəyə “Ailə bağları” mövzusunda 8-20 fotoşəkildən ibarət layihə təqdim ediblər. Ailəmiz bizi köklərimizə, mədəniyyət və adət-ənənələrimizə necə bağlayır, baxışlarımıza və gələcəyimizə necə təsir edir? Hansı bağlar ailəni təsnif edir və bağımlılıq hissini təmin edir? Dəyişən dünya, texnologiyalar, münaqişələr, sevgi və itkilər bu əlaqələrə necə təsir edir?
EU NEIGHBOURS EAST proqramının internet səhifəsində final mərhələsinə keçən layihələrlə tanış ola bilərsiniz. Finalda mübarizə aparacaq 18 fotoqraf bunlardır:
Azərbaycan
Orxan Əzimov – Təhsildən məsafədə
Əziz Kərimov – Azərbaycan koronavirusun yayılmasına qarşı tədbirlər həyata keçirir
Belarus
Paşa Kriçko – Belarus bağlantıları
Veranika Maliauka – Ev ilə bağlı xatirələr
Tatsiana Tkaçova – Vətən
Ermənistan
Nazik Armenakyan – Mənim müharibəm (Natamam təcrübə)
Hrant Xaçatryan – Yenidoğulmuş
Gürcüstan
Natela Qriqalaşvili – Gürcü köçərilərinin son günləri
Yekaterina Kolesnikova – Səhər çox tez gəlir
Tako Robakidze – “Sülhməramlılar”
Moldova
Ukrayna
Marisiya Myanovska – Qardaş, incəsənət hardadır?
Müsabiqə EU NEIGHBOURS EAST proqramı tərəfindən Fotofestiwal ilə birgə təşkil olunub. EU NEIGHBOURS EAST proqramı Avropa İttifaqı və onun siyasəti haqqında məlumalılığı artıran, o cümlədən Şərq Tərəfdaşlığı regionunda layihələrə dəstək verən regional kommunikasiya proqramıdır. Fotofestiwal təşkilatı 2001-ci ildə Polşada peşəkar fotoqraflar tərəfindən təsis edilib və o vaxtdan etibarən Avropanın ən böyük fotoqrafiya festivallarından birinə çevrilib.
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,