EU4Ukraine: Vyanada Ukrayna üçün xeyriyyə tədbiri keçiriləcək – bilet ala, yaxud ianə edə bilərsiniz
Dekabr 15, 2022

EU4Ukraine: Vyanada Ukrayna üçün xeyriyyə tədbiri keçiriləcək – bilet ala, yaxud ianə edə bilərsiniz


Avropa İttifaqının beynəlxalq təşkilatlardakı nümayəndəliyi 17-18 dekabr tarixlərində EU4Ukraine Milad bayramı xeyriyyə qala gecəsi təşkil edir. Bu, Ukrayna üçün təşkil edilən artıq üçüncü belə tədbirdir. 

Qala gecəsi Vyanadakı “Das Mus” adlı teatrda keçiriləcək. Bu il tədbirin xüsusi qonağı Ukraynanın Kaluş Orkestra musiqi qrupu olacaq. Azərbaycanlı Gənc Avropa səfiri Leyla Tağıyeva isə tədbirdə özünün “8 milyard insan” adlı mahnısını ia edəcək. Bu mahnı bu il BMT-nin #OurVoiceOurFuture qlobal kampaniyasını təmsil edir.

Bilet satışından əldə edilən gəlirlər, eləcə də könüllü ianələr Ukraynanın Kiyev vilayətinin İrpin şəhərindəki məktəblər üçün multimedia tədris dəstlərinin, eləcə də ən həssas ailələrdən olan uşaqların onlayn təhsili üçün zəruri olan masaüstü kompüterlərin alınması üçün yardım proqramlarına yönəldiləcək.

Xeyriyyə tədbiri üçün biletlərin satışı Avropa İttifaqının Ukraynadakı nümayəndəliyi, Ukraynanın Avstriyadakı səfirliyi və Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ilə birgə təşkil olunur.

Biletləri Vyanadakı “Das Mus” teatrının  internet səhifəsindən almaq olar.  

İanələri Ukraynanın Avstriyadakı səfirliyinin bank hesabına göndərmək olar:

IBAN: AT931200010036060043

BIC: BKAUATWW

Hesabın adı: EU4Ukraine 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,