Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın Lənkəran şəhərində həyata keçirilən “EU4Lankaran” layihəsi çərçivəsində bu şəhərdə fermer qadınlar üçün “Liderlik və şəbəkələşmə” mövzusunda təlimlər keçirilib.
İkigünlük təlimlərdə Lənkəran-Astara iqtisadi rayonundan 60-dan çox qadın fermer iştirak edib.
Tədbirin məqsədi Lənkəran-Astara iqtisadi rayonunda meyvə-tərəvəz sektoru üzrə dəyər zəncirində qadın fermerlərin rolunun artırılması, onların bu sektorda fəaliyyətlərinin genişləndirilməsi və mövcud imkanları araşdırıb müəyyən etməkdən ibarət olub.
Bundan əlavə, kənd təsərrüfatı sahəsində məhsuldarlığı artırmaq və məhsulların emalını təkmilləşdirmək məqsədilə fermer qadınlara icma əsaslı fəaliyyətin üstünlükləri barədə məlumat verilib.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,