Ermənistan-Azərbaycan: Aİ təmas xətti boyunca hərbi əməliyyatları dərhal dayandırmağa çağırır

Ermənistan-Azərbaycan: Aİ təmas xətti boyunca hərbi əməliyyatları dərhal dayandırmağa çağırır

Avqust 9, 2022

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər ərazilərində gedən hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. “Təəssüf ki, bu toqquşmalar artıq insan tələfatı və yaralılarla nəticələnib”, – qurumun avqustun 3-də açıqladığı bəyanatında deyilir.

“Gərginliyin azaldılmasına nail olmaq, atəşkəsə tam riayət etmək və razılaşdırılmış həll yollarını tapmaq üçün danışıqlar masasına qayıtmaq olduqca vacibdir”.

“Avropa İttifaqı gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitliyin qorunmasına iştirakını davam etdirmək niyyətindədir”, – bəyanatda qeyd olunub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,