E5P: Şərq Tərəfdaşlığı regionunda enerji səmərəliliyi və ətraf mühitin qorunması üçün yeni yardımlar ayrılıb
Dekabr 13, 2022

E5P: Şərq Tərəfdaşlığı regionunda enerji səmərəliliyi və ətraf mühitin qorunması üçün yeni yardımlar ayrılıb


Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq Fondu (E5P) Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) 41,1 milyon avro məbləğində ianə edib. Maliyyə vəsaitləri Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada ətraf mühit və iqlim dəyişikliyi sahəsində həyata keçirilən fəaliyyətlərə sərf olunacaq. 

Almaniya və İsveç Ukrayna üçün müvafiq olaraq 20 milyon avro və 10 milyon avro ianə edib. Finlandiya regiona 6,1 milyon avro (bunun 4,5 milyonu Ukraynaya), Norveç isə 5 milyon avro (bunun 1,9 milyonu Ukraynaya) məbləğində yardım edir.

Beləliklə, Ukrayna yeni E5P qrantlarının əsas benefisiarıdır. Bu ölkədə dayanıqlığın təcili şəkildə bərpasına və yaşıl iqtisadiyyatın yenidən qurulmasına yönəlmiş qrantların həcmi 36,4 milyon avro təşkil edir.

Bu günə qədər E5P sözügedən regionda istilik sistemləri, ekoloji cəhətdən təmiz avtobuslar, tullantıların dayanıqlı idarə olunması və ictimai binalarda enerji səmərəliliyi kimi sahələrdə 43 layihəyə qrant ayırmışdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,