Demokratiya burada, demokratiya indi: Gənc Avropa səfirləri Avropa Şurasının gənclərlə bağlı kampaniyasına qoşulublar 
İyun 29, 2022

Demokratiya burada, demokratiya indi: Gənc Avropa səfirləri Avropa Şurasının gənclərlə bağlı kampaniyasına qoşulublar 


On altı Gənc Avropa səfiri (YEAs) Strasburqda keçiriləcək Avropa Şurasının Gənclərin Fəaliyyət Həftəsinə qatılacaq. İyunun 27-dən iyulun 2-dək keçiriləcək Avropa Şurasının (AŞ) gənclərlə bağlı “Demokratiya burada | demokratiya indi” kampaniyası demokratiyanı dirçəltmək və gənclərlə demokratik təsisatlar və proseslər arasında qarşılıqlı etimadı gücləndirmək məqsədi daşıyır.

Gənclərin Fəaliyyət Həftəsi demokratiyanın dirçəlişi və AŞ-nın gənclər üzrə təşəbbüsünün 50 illiyini qeyd etmək məqsədilə fəalları, vətəndaş cəmiyyətinin nümayəndələrini, Avropa Şurasına (AŞ) üzv dövlətləri və gənclər sektorundan olan tərəfdaşları bir araya gətirir. 

Avropanın müxtəlif ölkələrindən 400-ə yaxın gənc, altı Şərq Tərəfdaşlığı ölkəsi və Avropa İttifaqından olan 16 Gənc Avropa səfiri ilə birlikdə demokratik çağırışları və onların gənclərə təsirini müzakirə edəcəklər.

Tədbir çərçivəsində “EU NEIGHBORS east” layihəsi və Gənc Avropa səfirləri Avropa Şurasının gənclər kanalları ilə birlikdə sosial mediada birgə kampaniya təşkil edərək gəncləri demokratiya haqqında fikirlərini bildirməyə çağırırlar: “Bizə səsimizi ucaltmağa kömək edin və cəmiyyətinizdə olan çağırışlar haqqında bizə danışın, ölkənizdə demokratiyanı dirçəltmək üçün öz fikirlərinizi yazın!”

İyulun 1-də Gənc Avropa səfirləri Aİ-nin Avropa Şurasındakı nümayəndəsi səfir Meqlena Kuneva ilə görüşərək ona YEA layihəsi və şəbəkənin fəaliyyəti haqqında məlumat verəcəklər. Qeyd edək ki, Gənclərin Fəaliyyət Həftəsi münasibətilə gənclərin sağlam və demokratik cəmiyyətdə fəal iştirakına yönəlmiş YEA Jurnalının ikinci sayı işıq üzü görüb. 

YEAs təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ-yə üzv dövlətlər və Böyük Britaniyadan olan gənclərin könüllü şəbəkəsidir. Şəbəkənin məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın real nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqu təşviq etmək, vətəndaş fəallığını təşviq etmək və daha yaxşı gələcək naminə birgə çalışmaqdır.

Daha çox öyrən

Gənclərin Fəaliyyət Həftəsi

Demokratiya burada | demokratiya indi

Gənc Avropa səfirləri

YEA jurnalı



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,