Dağlıq Qarabağ münaqişəsi: “Anı əldən vermədən irəliyə doğru konkret addımlar barədə razılığa gəlmək çox vacibdir”
Noyabr 15, 2022

Dağlıq Qarabağ münaqişəsi: “Anı əldən vermədən irəliyə doğru konkret addımlar barədə razılığa gəlmək çox vacibdir”


Bu həftə Dağlıq Qarabağ münaqişə zonasında 44 günlük müharibənin başa çatmasının ikinci ildönümü ərəfəsində Avropa İttifaqı (Aİ) son 30 ildə bu münaqişənin bütün azərbaycanlı və erməni qurbanlarını yad edib və bəyanat yayıb.

“Bu çətin irsi tam dərk edərək, o, [Aİ] hər iki tərəfi düşmənçilik səhifəsini çevirməyə və daha çox lazımsız insan itkisi və zərərin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırır”, – deyə Aİ sözçüsü Peter Stano bəyanatda bildirib. 

Aİ Azərbaycan və Ermənistan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq və regionda davamlı və dayanıqlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır və onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda davamlı iştirakını yüksək qiymətləndirir.

“Bu danışıqların mürəkkəb olduğu və vaxt aparacağı açıq-aydın olsa da, sürəti saxlamaq, irəliyə doğru konkret addımlar atmaq və regionun bütün əhalisinin rifahı üçün təhlükəsiz, etibarlı və firavan mühiti təmin etmək vacibdir”, – bəyanatda deyilir. 

Aİ bir daha hər iki tərəfi “ritorikanı yumşaltmağa və bir-birini təhdid etməkdən və ya günahlandırmaqdan, hərbi təxribatlar və hərəkətlərdən çəkinmək daxil olmaqla, hər hansı lazımsız gərginliyin artmasının qarşısını almağa” çağırır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,