Dağlıq Qarabağ: Aİ dərhal atəşkəsin elan edilməsinə çağırıb  
Reuters
Sentyabr 21, 2023

Dağlıq Qarabağ: Aİ dərhal atəşkəsin elan edilməsinə çağırıb  


Bu gün Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda “dərhal hərbi əməliyyatların dayandırılmasına və Azərbaycanın cari hərbi fəaliyyətinin dayandırılmasına” çağırıb. 

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin açıqladığı bəyanatda Avropa İttifaqı təmas xətti boyunca və Qarabağdakı digər yerlərdə hərbi eskalasiyanı pisləyib.

“Bu hərbi eskalasiya yerli əhalini köçməyə məcburi etmək üçün istifadə edilməməlidir”, – deyə Borrel qeyd edib.

Aİ-nin Cənubi Qafqaz və böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da X-də (keçmiş Twitter) “dinc birgəyaşayışın yeganə yolu kimi Bakı və Qarabağ erməniləri arasında həqiqi dialoqa imkan vermək üçün dərhal atəşkəsin elan edilməsinə” çağırıb “mina partlayışları nəticəsində azərbaycanlıların faciəli şəkildə həlak olması xəbərləri ilə bağlı” təəssüf hissini ifadə edib.

Bu gün səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın nəzarəti altında olan qondarma Dağlıq Qarabağda “antiterror” əməliyyatlarına başladığını bildirib.

Bir gün əvvəl isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Laçın dəhlizi və Ağdam yolu ilə Qarabağ ermənilərinə humanitar yardımın başlanmasını alqışlayıb.

“Bu müntəzəm qaydada həyata keçirilməlidir. Bakı və Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı danışıqlara başlamaq çox vacibdir və Aİ bunu dəstəkləməyə hazırdır”, – Şarl Mişel X-də yazıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,