CyberEast layihəsi internet vasitəsilə fırıldaqçılıq mövzusunda bir sıra seminarlar keçirib
Yanvar 22, 2021

CyberEast layihəsi internet vasitəsilə fırıldaqçılıq mövzusunda bir sıra seminarlar keçirib


Aİ tərəfindən maliyyələşdirilən CyberEast layihəsi hesabat mexanizmlərinin düzgün fəaliyyətinin və qurumlararası/dövlət-özəl sektorlar arasında əməkdaşlıqların təmin edilməsi məqsədilə altı Şərqi tərəfdaşlıq ölkəsində internet vasitəsilə fırıldaqçılıq mövzusunda bir sıra seminarlar keçirib. İnternet vasitəsilə fırıldaqçılıq, cinayətlərdən əldə olunan gəlirlər və hesabat mexanizmləri kimi məsələlərin diqqət mərkəzində olduğu sonuncu belə seminar 14-15 yanvar 2021-ci il tarixlərində Azərbaycan dövlət orqanlarının nümayəndələri üçün təşkil olunub.

Şərq Tərəfdaşlığı regionu qlobal iqtisadiyyata inteqrasiya etdikcə internet vasitəsilə icra olunan maliyyə cinayətləri geniş yayılmağa başlayıb. “Belə kibercinayətlərə qarşı mübarizənin səmərəliliyi bir çox amillərdən, o cümlədən bu cür cinayət fəaliyyəti haqqında vaxtında məlumatın verilməsindən və tədbir görülməsindən, cinayət yolu ilə əldə olunan gəlirlərin müsadirə olunmasından və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə güclü fəaliyyətlərdən və dövlət və özəl sektor arasında rəsmi və qeyri-rəsmi əməkdaşlıqdan asılıdır”. Bu ifadələr CyberEast layihəsinin mətbuat üçün açıqlamasında qeyd olunub.

2020-ci ilin mart ayından etibarən keçirilməyə başlanan bu iki günlük seminarlarda kibercinayətkarlıq sahəsində çalışan müstəntiqlər, maliyyə araşdırmaçıları, maliyyə kəşfiyyatı işçiləri, eləcə də maliyyə sahəsi üzrə tənzimləyicilər və özəl sektoru təmsil edən müəssisə və biznes assosiasiyalarının nümayəndələri iştirak edib. 

Aİ tərəfindən maliyyələşdirilən CyberEast layihəsi Kibercinayətkarlığa dair Budapeşt Konvensiyası və əlaqədar normativ-hüquqi aktlara uyğun olan qanunvericilik və siyasət bazalarının qəbul olunmasına çalışır və ədliyyə orqanlarının, hüquq-mühafizə orqanlarının bacarıqlarını artırmaq və qurumlararası əməkdaşlığı gücləndirir. Layihə səmərəli beynəlxalq əməkdaşlığı gücləndirmək və ədalət mühakiməsi, kibercinayətkarlıq və elektron dəlillər sahəsində xidmət təminatçıları və hüquq-mühafizə orqanlarına olan inamı artırmaq məqsədi daşıyır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,