Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ötürülən qazın həcmi artırılacaq  

Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ötürülən qazın həcmi artırılacaq  

İyul 19, 2022

İyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Azərbaycan Prezidenti İlham Əliyev Enerji sahəsində strateji əməkdaşlığa dair yeni Anlaşma Memorandumu imzalayıblar. Sənədə əsasən 2027-ci ilə qədər Azərbaycan Aİ-yə hər il azı 20 milyard kubmetr qaz tədarük etmək üçün Cənub Qaz Dəhlizinin gücünü ikiqat artıracaq. 

 “Bu yeni Anlaşma Memorandumu ilə biz Rusiyanın fosil yanacaqlarından mərhələli şəkildə imtina etmək istiqamətindəki səylərimizdə əsas tərəfdaşımız olan Azərbaycanla enerji sahəsində mövcud olan əməkdaşlığımızda yeni səhifə açırıq”, – deyə xanım Ursula von der Leyen bildirib. “Biz təkcə Cənub Qaz Dəhlizi vasitəsilə Aİ-yə sabit və etibarlı qaz tədarükünü təmin edən mövcud tərəfdaşlığımızı gücləndirmək niyyətində deyilik. Biz, həmçinin Paris Sazişinin məqsədlərinə nail olmağı qarşımıza məqsəd qoyduğumuz üçün enerjinin səmərəliliyi və təmiz enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əsasını qoyuruq”,- deyə o, əlavə edib. 

Avropa Komissiyasının məlumatına əsasən, Aİ və Azərbaycan hal-hazırda bir sıra sahələr üzrə əməkdaşlığı genişləndirəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparır. Buraya iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə, eyni zamanda insan hüquqlarının və qanunun aliliyinin qorunması sahələri daxildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,