Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun 4-cü görüşü keçirilib
May 5, 2023

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun 4-cü görüşü keçirilib


Mayın 3-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun 4-cü görüşü keçirilib. 

Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını, regional təhlükəsizlik məsələlərini və regionda sülh və sabitliyin təmin olunmasında Aİ-nin rolunu müzakirə ediblər. Görüşdə həmçinin xarici və təhlükəsizlik siyasəti məsələləri, mümkün gələcək əməkdaşlıq, habelə kiber və hibrid təhdidlər, ekstremizm və terrorizmlə mübarizə və digər məsələlər müzakirə edilib.  

“Aİ Cənubi Qafqazda sabitliyin və sülhün bərqarar olması üçün çalışır. Aİ, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərdə ən çox maraqlı olan tərəfdir”. Bunu Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Enrike Mora deyib.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini və regionda sülh və sabitliyi fəal şəkildə təşviq etdiyini, həmçinin terrorizm, radikalizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə qlobal səylərə töhfə verdiyini vurğulayıb. 

“Hazırda Azərbaycan öz ərazilərində misli görünməmiş yenidənqurma və humanitar minaların təmizlənməsi işləri aparır. Biz minalardan təmizləmə işlərində Aİ-nin maliyyə dəstəyini yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib.

Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzərində müntəzəm fikir mübadiləsini, həmçinin regionda yaranan kommunikasiya məsələləri üzrə işi davam etdirmək barədə razılığa gəliblər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,