14-16 noyabr tarixlərində Brüsseldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (ŞT VCF) 15-ci illik toplantısı keçirilib. Toplantıda ŞT və Aİ-yə üzv ölkələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının 250-dək nümayəndəsi, eləcə də ŞT və Aİ liderləri iştirak edərək Şərq Tərəfdaşlığında çoxtərəfli əməkdaşlıq üçün gələcək perspektivləri, vətəndaş cəmiyyətinin rolunu və gələcəkdə onun həyat qabiliyyətinin qorunub saxlanılması yollarını müzakirə ediblər.
İştirakçılar Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Şərq Tərəfdaşlığı və region üzrə siyasətdə edilən dəyişikliklərlə tanış olublar. Onlar xüsusilə Şərq Tərəfdaşlığı üzrə siyasətlə genişləndirmə üzrə proqramlar arasındakı sinerjilərə, o cümlədən Qərbi Balkanlar və Mərkəzi Asiya ilə əməkdaşlığın gücləndirilməsi məsələsinə daha çox diqqət ayırıblar.
Toplantıda Aİ, Aİ-yə üzv ölkələr və Şərq Tərəfdaşlığı hökumətləri və cəmiyyətləri arasında əməkdaşlıq məsələsi diqqət mərkəzində olub. İdarəçiliyin yaxşılaşdırılması və qanunun aliliyi kimi mühüm əhəmiyyət kəsb edən sahələrə də xüsusi diqqət ayrılıb.
Toplantı iştirakçıları həmçinin vətəndaş cəmiyyəti üçün əlverişli şəraitin yaradılması, kiberhücumlara və hibrid təhdidlərə qarşı dayanıqlıq kimi mövzuları da müzakirə ediblər.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,