Borrel: “Aİ Ermənistan və Azərbaycan arasında ədalətli vasitəçi rolunu oynayacaq”

Borrel: “Aİ Ermənistan və Azərbaycan arasında ədalətli vasitəçi rolunu oynayacaq”

Sentyabr 14, 2022

Sentyabrın 13-də Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel Azərbaycan və Ermənistan arasında baş verən son hərbi münaqişəyə münasibət bildirib. O, döyüş əməliyyatlarının dayandırılması və danışıqlar masasına qayıtmağın mütləq olduğunu bəyan edib

Son saatlarda Ermənistan və Azərbaycan sərhədində ciddi döyüşlər gedir, insan tələfatı qeydə alınır. Bütün qüvvələr bu gərginlikdən əvvəl tutduğu mövqelərə qayıtmalı və atəşkəs rejiminə tam riayət edilməlidir, – deyə Borrel bildirib. 

O, əlavə edib ki, Aİ “bütün xalqların rifahı naminə təhlükəsiz, dinc və firavan Cənubi Qafqazın ümumi məqsədinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında vicdanlı vasitəçi kimi çıxış etməyə davam etməkdə” qərarlıdır.

Bu səylərin bir hissəsi olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hər iki ölkənin lideri, Cozep Borrel isə xarici işlər nazirləri ilə əlaqə saxlayıb. Eyni zamanda, Aİ-nin Xüsusi Nümayəndəsi Toyvo Klaar gərginliyin azaldılmasını dəstəkləmək və Azərbaycan və Ermənistan liderləri arasında dialoq prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək.  

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,