BMT-nin Qadınlar üzrə Agentliyi və Avropa Komissiyası komiks və karikatura müsabiqəsi elan edir
Yanvar 21, 2021

BMT-nin Qadınlar üzrə Agentliyi və Avropa Komissiyası komiks və karikatura müsabiqəsi elan edir


BMT-nin Qadınlar üzrə Agentliyi və Avropa Komissiyası Belçika, Fransa və Meksika ilə birgə və “Cartooning for Peace” ilə əməkdaşlıq çərçivəsində Pekin deklarasiyası və fəaliyyət platformasının qəbul olunmasının 25-ci ildönümü münasibətilə beynəlxalq komiks və karikatura müsabiqəsi təşkil edir. Bu sənəd qadınların cəmiyyətin bütün sahələrində bərabər iştirakına maneə törədən sistem baryerlərin aradan qaldırılmasına xidmət edir.

Bu münasibət ilə BMT-nin Qadınlar üzrə Agentliyi “Nəsillərin bərabərliyi: Bərabər gələcək üçün qadınların hüquqlarının tanınması” adlı çoxlu sayda nəsili əhatə edən kampaniyaya start verib. Kampaniya çərçivəsində 2021-ci ilin mart ayının sonlarında Mexiko şəhərində start götürəcək və 2021-ci ilin iyun ayının əvvəlində Fransanın paytaxtı Parisdə yekunlaşacaq Nəsillərin bərabərliyi forumu kimi gender bərabərliyinə dair beynəlxalq görüş keçiriləcək.

Müsabiqədə gender bərabərliyinə inanan və rəsm vasitəsilə genderlərin bərabər olduğu nəsillərə dair fikirlərini ifadə etmək istəyən 18-28 yaş arası gənclər iştirak edə bilərlər.

Müsabiqənin qalibi, ikinci yerin sahibi və üçüncü yerin sahibi müvafiq olaraq 1200, 750 və 500 avro dəyərində mükafat alacaqlar. Qaliblər həmçinin yuxarıda adı çəkilən forumun Parisdə baş tutacaq virtual açılışına qatılmaq şansı əldə edəcəklər. Bundan əlavə, Parisdə keçiriləcək Nəsillərin bərabərliyi forumu çərçivəsində finalçıların karikaturalarından ibarət sərgi təşkil ediləcək. Qaliblərin əl işləri “Cartooning for Peace” və digər rəsmi tərəfdaşların internet səhifələri və sosial media hesabları kimi müxtəlif platformalarda nümayiş olunacaq.

Ərizələrin son qəbulu tarixi 14 mart 2021-ci ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Rəsmin müsabiqəyə göndərilməsi

Pekin deklarasiyası və fəaliyyət platforması



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,