Bakıda keçiriləcək “Avropa Şəhərciyi 2022”-yə hər kəs dəvətlidir
May 13, 2022

Bakıda keçiriləcək “Avropa Şəhərciyi 2022”-yə hər kəs dəvətlidir


Mayın 14-də Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Avropa Şəhərciyi 2022” (Eurovillage 2022)təşkil olunacaq. Nümayəndəlik hər kəsi Avropa İttifaqını Bakıda gəzməyə və tanımağa çağırır. 

Bu il tədbir Aİ-nin Azərbaycandakı fəaliyyəti, Avropa Gənclər İli 2022 və Hər Kəs üçün Sağlam Həyat Tərzi Kampaniyasına (H4ALL) həsr olunub.

Səhər saat 11:00-da başlayacaq tədbirlərə günün sonunda konsert proqramı ilə yekun vurulacaq. Şənliklər Bakıda, Dənizkənarı Bulvarda baş tutacaq. Giriş pulsuzdur.

Hər kəs Gənc Avropa səfirləri tərəfindən təşkil edilən vokal ustad dərsləri və viktorinalarda iştirak edə, rəqs və mahnı ifalarına baxa biləcək. 

Daha çox öyrən

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsi



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,