Azərbaycan: Peşə təhsili müəssisələrinin rəhbərləri üçün təlim keçirilib 
Fevral 27, 2023

Azərbaycan: Peşə təhsili müəssisələrinin rəhbərləri üçün təlim keçirilib 


Bu həftə BMT-nin İnkişaf Proqramı (BMTİP) Avropa İttifaqı və Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birlikdə həyata keçirdiyi Azərbaycanda peşə təhsili üzrə səriştəli kadrların yetişdirilməsinə yönəlmiş intensiv təlim proqramını başa çatdırıb. 

Ölkənin 11 şəhərindən direktor və direktor müavinləri təlim proqramında iştirak edərək peşə təhsili müəssisələrində strateji planlama, keyfiyyət təminatı sisteminin idarə edilməsi, maliyyə idarəetməsi, eləcə də müvafiq normativ-hüquqi sənədlərlə iş üzrə bilik və bacarıqlarını artırıblar. Təlim iştirakçılarının 15 nəfəri kursu müvəfəqqiyətlə bitirdiyinə görə sertifikatlarla təltif edilib. 

Təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP tərəfindən həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi” (VET4theFuture) layihəsi çərçivəsində təşkil edilib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,