Azərbaycan: Aİ və BMTİP tərəfindən gender bərabərliyi və inklüzivliyə dair təlimat kitabçaları hazırlanıb
İyun 24, 2022

Azərbaycan: Aİ və BMTİP tərəfindən gender bərabərliyi və inklüzivliyə dair təlimat kitabçaları hazırlanıb


BMT-nin İnkişaf Proqramı (BMTİP) Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində daha inklüziv və gender məsələlərində həssas layihələrin hazırlanması və həyata keçirilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatları üçün bir sıra təlimat kitabçaları hazırlayıb. 

Kitabçalar üç sahəni əhatə edir: icma əsaslı layihələrdə inklüziv iştirakın gücləndirilməsi, gender məsələlərində həssas layihələrin hazırlanması və gender məsələlərinin siyasətlərin hazırlanması prosesinə inteqrasiyası.

Kitabçalar Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ərsəyə gəlib. 

Sözügedən kitabçalar, planlaşdırıldığı üzrə layihənin elan etdiyi iki Kiçik Qrant Proqramı müddətində istifadəyə verilir. Belə ki, ümumi büdcəsi təxminən 1 milyon ABŞ dolları təşkil edən layihə çərçivəsində gender bərabərliyi, iqlim dəyişikliyi və COVID-19 pandemiyasından sonrakı bərpa mövzuları üzrə 37-yə yaxın vətəndaş cəmiyyəti təşkilatının rəhbərlik etdiyi ən yaxşı təşəbbüslərin mükafatlandırılması planlaşdırılır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,