Azərbaycan: Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Bərdədə psixi sağlamlıq mövzusunda təlim təşkil edilib
Aprel 20, 2023

Azərbaycan: Aİ tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Bərdədə psixi sağlamlıq mövzusunda təlim təşkil edilib


Avropa İttifaqının maliyyələşdirdiyi “Münaqişədən sonrakı dövrdə psixi sağlamlıq xidmətlərinin koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkimlər üçün təlim təşkil olunub. 

Azərbaycan Səhiyyə Nazirliyinin və TƏBİB-in ekspertləri həkimlərə ən çox rast gəlinən psixi sağlamlıq pozuntularını müəyyən etmək və müalicə etmək üzrə təlim keçiblər. Məlumatların mənimsənilməsi və praktiki bacarıqların artırılması məqsədilə paraktiki məşğələlər və qrup işləri təşkil olunub. 

Sözügedən təlim ÜST-ün Azərbaycandakı ofisi tərəfindən Azərbaycan Səhiyyə Nazirliyi və dövlət tibb müəssisələrinə rəhbərlik edən və bu sahədə nəzarəti həyata keçirən publik hüquqi şəxs olan TƏBİB ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,