Azərbaycan: Aİ siyasi partiyalar haqqında yeni qanunun tətbiq etdiyi məhdudiyyətlərdən narahatdır 
Mart 23, 2023

Azərbaycan: Aİ siyasi partiyalar haqqında yeni qanunun tətbiq etdiyi məhdudiyyətlərdən narahatdır 


Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə baş sözçüsü Peter Stano bildirib ki, Avropa İttifaqı Azərbaycanda siyasi partiyalara dair yeni qanunun tətbiq etdiyi məhdudiyyətlərdən narahatdır.

“Bu, Azərbaycanda siyasi plüralizmə və birləşmək azadlığı, ifadə azadlığı və sərbəst toplaşmaq azadlığı kimi əsas hüquq və azadlıqlara mənfi təsir göstərə bilər. Bu hüquqlar demokratik cəmiyyətin fəaliyyətinin əsasını təşkil edir”, – deyə Stano bildirib. 

Aİ Azərbaycanı Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyalar haqqında əvvəlki qanununa dair uzunmüddətli tövsiyələrini, həmçinin bu yeni qanunla bağlı Venesiya Komissiyasının tövsiyələrini və ATƏT/DTİHB-nin 13 mart tarixli rəyini yerinə yetirməyə çağırır. 

“Siyasi partiyalar siyasi özünü ifadənin əsas kollektiv alətləri olaraq vətəndaşların siyasi iradəsinin ifadəsinə töhfə verir. Dinamik, cavabdehlik daşıyan və inklüziv çoxpartiyalı sistemlərə zəmanət verilməlidir”, Stano əlavə edib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,