Azərbaycan: AİB və Bank Respublika kiçik sahibkarlıq müəssisələrinin maliyyəyə çıxışını artırmaq üçün 10 milyon avroluq kredit sazişi imzalayıb
May 8, 2024

Azərbaycan: AİB və Bank Respublika kiçik sahibkarlıq müəssisələrinin maliyyəyə çıxışını artırmaq üçün 10 milyon avroluq kredit sazişi imzalayıb


Avropa İnvestisiya Bankının (AİB) Avropa İttifaqının hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməsi üzrə qolu olan “EIB Global” Azərbaycanda mikro, kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinin (KOB-lar) dəstəklənməsi üçün Bank Respublika ilə 10 milyon avroluq kredit sazişi imzalayıb. 

Bu saziş investisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə kiçik biznes subyektlərinə kreditləri rəqabətli şərtlərlə və yerli valyutada ödəmək seçimi verməklə maliyyəyə çıxışı gücləndirəcək. 

Sözügedən kredit, AİB-nin Cənubi Qafqazda KOB-larla iş üzrə təşəbbüsü çərçivəsində KOB-ların maliyyə mənbələrinə çıxışını yaxşılaşdırılması məqsədilə təqdim olunur və Cənubi Qafqaz regionunda 26 500-ə yaxın iş yerinin yaradılması və ya qorunub saxlanılmasına kömək edəcək, o cümlədən özəl sektora əsaslanan artıma təkan verməklə sosial inteqrasiyanı təşviq edəcək. 

Saziş Azərbaycanda 25 000 kiçik və orta sahibkarlıq müəssisəsinin dəstəklənməsi üzrə Aİ-nin qabaqcıl təşəbbüsünə uyğun olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının məqsədlərinə töhfə verir. 

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktoru Gert Yan Kupman qeyd edib ki, Aİ mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin dəstəklənməsinə “xüsusi diqqət” yetirir. 

“Bu saziş AİB-nin Azərbaycandakı fəaliyyətində mühüm bir mərhələdir və biznes imkanlarını və iqtisadi inkişafı dəstəkləmək, eləcə də ölkə daxilində yaşayış şəraitini yaxşılaşdırmaq üçün əla fürsətdir”, – o, bildirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,