Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) sosial çətinliklər üçün innovativ biznes həlləri yaratmağa kömək məqsədilə Azərbaycanda İdeyalaşdırma Təlim Düşərgəsi təşkil edib.
Təlimin ilk mərhələsində Ağdam, Bakı, Biləsuvar, Gəncə, Goranboy, Göyçay, Qazax, Qusar, Lənkəran, Masallı, Mingəçevir, Neftçala, Şəmkir, Şəki, Yardımlı və Zaqatala şəhər və rayonlarından 70-ə yaxın sosial sahibkar, sosial yönümlü biznes sahibi və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri bir araya gəlib. İştirakçılar sosial sahibkarlıq sahəsində qlobal təcrübələr və sosial problemlərin həllinə yönələn bizneslərin qurulması barəsində öyrəniblər.
Təlim düşərgəsindən seçilmiş ideyalar layihənin növbəti inkubasiya və akselerasiya proqramına vəsiqə qazanacaq və həmin mərhələdə ən yaxşı biznes planları maliyyə dəstəyi ala biləcək.
Adı çəkilən düşərgə, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi tərəfindən təşkil edilib. Layihənin məqsədi siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində vətəndaş cəmiyyəti təəşkilatlarının iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsidir.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,