Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi Azərbaycanın Bakı, Gəncə və Cəlilabad şəhərində yerləşən bir sıra peşə təhsil mərkəzləri üçün “açıq qapı” günlərinin təşkilinə dəstək göstərir. “Açıq qapı” günlərinin məqsədi peşə təhsilinin cəlbediciliyini yüksəltmək, o cümlədən peşə təhsili və peşə təhsili mərkəzləri haqqında məlumatlılığı artırmaqdır.
Sayca üçüncü tədbir Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilib. Tədbirdə 1 000 nəfərədək yuxarı sinif şagirdi, valideynlər, müəllimlər, eləcə də dövlət qurumlarının və əlaqədar tərəflərin rəsmi nümayəndələri iştirak edib.
Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. İştirakçılar peşədə inklüziv tədris və xidmətlər, hazırki qəbul qaydaları, peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində cari fəaliyyətlər haqqında ətraflı öyrəniblər, o cümlədən uğurlu məzunlar və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparıblar.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,