Avropa İttifaqının maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda psixi sağlamlıq sahəsində uzunmüddətli müalicə xidməti göstərən səhiyyə müəssisələrini dəstəkləyir.
ÜST ekspertləri bu yaxınlarda COVID-19 virusuna yoluxma hallarının idarə edilməsi və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsini aparıb. Qiymətləndirmə COVID-19 virusuna yoluxmuş şəxslərin gündəlik həyatına təsir etdiyi sahələri anlamaq, infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin həyata keçirilməsi və virusa yoluxmuş şəxslərin müəyyənləşdirilməsi və idarə edilməsi məqsədi daşıyıb.
Aİ və ÜST-ün birgə layihəsi, həmçinin, tibb işçilərinin bilik və bacarıqların artırılmasını dəstəkləmək məqsədilə altı ay ərzində bu səhiyyə müəssisələrində çalışmaq üçün üç psixoloq və üç sosial işçi göndərib.
Daha çox öyrən
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,