AYİB və USAID Cənubi Qafqazda bağlantını inkişaf etdirəcək
May 17, 2024

AYİB və USAID Cənubi Qafqazda bağlantını inkişaf etdirəcək


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Bu dəhliz Cənubi Qafqaz vasitəsilə Asiya ilə Avropa arasında bağlantını daha da gücləndirəcək. Tərəfdaşlıq çərçivəsində xüsusilə, Ermənistan, Azərbaycan və Gürcüstanda ticarətin, yaşıl enerjinin, yeni sənaye sahələrinə investisiyaların, o cümlədən nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsi nəzərdə tutulub.

Sözügedən memorandum AYİB-in Ermənistanda keçirilən İllik Toplantısı və Biznes Forumu çərçivəsində imzalanıb.

“Orta Dəhlizin gücləndirilməsi regionda transformativ yeni iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya tipli dəhlizlərə alternativ nəqliyyat marşrutu təmin edəcək”, – AYİB-in mətbuat üçün açıqlamasında deyilir. 

Anlaşma Memorandumu regionda mühüm əhəmiyyət daşıyan enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı infrastrukturunun planlaşdırılması, layihələndirilməsi və tikintisini təkmilləşdirmək məqsədi daşıyır. Fəaliyyətin məqsədi həmçinin gömrük, tarif və sərhəd-keçid əməliyyatlarının səmərəliliyini artırmaq, Orta Dəhlizin yaradılması üçün Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarına özəl sərmayələr cəlb etmək, eləcə də Avropa və Cənubi Qafqaz ölkələri arasında iqtisadi bağlantını təşviq etmək üçün ən yüksək beynəlxalq standartlar qəbul etməkdir.

Digər əməkdaşlıq prioritetlərində əsas diqqət karbonsuz enerji imkanlarına yatırılan sərmayələrin artırılması, korrupsiya ilə mübarizə və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı genişləndirmək üçün siyasət və idarəçilik sistemində islahatların həyata keçirilməsidir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,