AYİB və Aİ Azərbaycanda genişzolaqlı internetin əhatəsinin genişləndirilməsinə dəstək verəcək
Yanvar 10, 2023

AYİB və Aİ Azərbaycanda genişzolaqlı internetin əhatəsinin genişləndirilməsinə dəstək verəcək


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın regionlarını müasir genişzolaqlı internet bağlantısı ilə təmin etmək üçün Aztelekom şirkətinə 50 milyon ABŞ dolları dəyərində kredit ayıracaq. Adı çəkilən şirkət layihə çərçivəsində internetin sürətini, bağlantının gücünü və ötürmə qabiliyyətini yaxşılaşdırmaq, eləcə də paytaxt və ucqar rayonlar arasındakı rəqəmsallaşdırma sahəsindəki bərabərsizliyi aradan qaldırmaq və regionlarda 280 000-dən artıq ev təsərrüfatını genişzolaqlı internet bağlantısı ilə təmin etmək niyyətindədir. 

Bu, AYİB-in bu sahədə ayırdığı ilk kredit əməliyyatıdır və Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) vasitəsilə dəstəklənəcək.  

Kredit Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planı çərçivəsində təqdim olunur. Planda nəzərdə tutulan islahatlar və səmərəli idarəçilik üzrə fəaliyyətlərin məqsədi yeni iş yerlərinin açılması və iqtisadiyyata sərmayələrin yatırılması vasitəsilə vətəndaşlara gözəçarpan faydaların ötürülməsidir.  

“Bu investisiyalar İqtisadi və İnvestisiya Planının insanların həyat şəratini yaxşılaşdıran konkret nəticələr verdiyini göstərir. Bu investisiyalara zəmanət verməklə biz müasir və davamlı bağlantını inkişaf etdirməkdə və rəqəmsallaşdırma sahəsində şəhər və kənd yerləri arasındakı bərabərsizliyi aradan qaldırmaqda Azərbaycanı dəstəkləyirik”,- deyə Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit bildirib. 

Daha çox öyrən 

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,