AYİB-in prezidenti Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcək

AYİB-in prezidenti Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcək

Sentyabr 13, 2022

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso 12-16 sentyabr tarixlərində yüksək vəzifəli hökumət rəsmiləri, işgüzar dairələr və tərəfdaşlarla görüşmək üçün Qafqaz regionuna səfər edəcək. O, əvvəlcə Azərbaycana, sonra Gürcüstana, daha sonra isə Ermənistana gedəcək. 

Bu, onun 2020-ci ilin sonunda vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir. Səfərə çıxmazdan əvvəl xanım Odil Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.

Bakıda mühüm görüşlərdən əlavə, AYİB prezidenti Azərbaycanda ikinci Yaşıl Şəhər layihəsinə dair saziş imzalayacaq və investisiyaların təşviqi milli agentliyi olan AzPromo ilə telekommunikasiya, media və texnologiyalar sektorunun stimullaşdırılmasına yönəlmiş birgə layihənin açılışında iştirak edəcək.

Odil Renaud-Basso Tbilisidə müxtəlif görüşlər keçirəcək, maliyyə və səhiyyə sektorlarında uzunmüddətli tərəfdaşlarla kredit müqavilələri imzalayacaq.

AYİB prezidenti səfərini Yerevanda başa vuracaq və burada Ermənistanın siyasi rəhbərliyi və AYİB tərəfdaşları ilə görüşəcək. Odil Renaud-Basso həmçinin Yaradıcı Texnologiyalar Mərkəzinə (TUMO) baş çəkəcək. Burada o, Ermənistanın yüksək texnologiyalar sektorunun rəhbərləri ilə görüşməyi və AYİB tərəfindən dəstəklənən Ermənistan İnvestisiya Şurasının 15 illiyi münasibətilə təşkil olunacaq tədbirdə iştirak etməyi planlaşdırır.

 “Mən Bankın 30 illik fəaliyyəti ərzində gözəçarpan nəticələr əldə etdiyi Qafqaza səfər etməyi səbirsizliklə gözləyirəm. Ölçüsünə baxmayaraq, region bizim üçün mühüm investisiya məkanı olaraq qalır və biz bu regiona artıq 10 milyard avrodan çox sərmayə qoymuşuq”, – deyə o, səfəri öncəsi bildirib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,