Avropa Təlim Fondu Aİ-nin qonşuluğunda yerləşən regionlarda əmək bazarı və peşə bacarıqlarının gələcəyinə dair kampaniyaya start verib
Fevral 5, 2021

Avropa Təlim Fondu Aİ-nin qonşuluğunda yerləşən regionlarda əmək bazarı və peşə bacarıqlarının gələcəyinə dair kampaniyaya start verib


Fevral ayında Avropa Təlim Fondu (ETF) Aİ-nin qonşu ölkələrində əmək bazarı və peşə bacarıqlarının gələcəyinə həsr olunmuş kampaniyaya başlayır. Bu ay ərzində bir qrup mütəxəssis sözügedən sahədə  rəqəmsal inqilab, dəyişən demoqrafik vəziyyət, miqrasiya, iqlim dəyişikliyi və son pandemiya kimi qlobal dəyişikliklər və problemlərlə bağlı fikirlərini bölüşəcəklər.

Avropa İttifaqı və ona qonşu ölkələrin təhsil və təlim sistemlərinin dəyişikliklərə uyğunlaşma qabiliyyəti gələcək nəslin hazırkı çətinliklərin öhdəsindən gəlməyə hazırlığını müəyyən edəcək”. Bunu ETF-in rəhbəri Sezare Onestini deyib.

Hökumətlərin, müəssisələrin, sosial tərəfdaşların, vətəndaş cəmiyyətinin, tədqiqat qurumlarının, icmaların və təhsil və tədris təminatçılarının işçilərin peşə bacarıqları ilə işəgötürənlər tərəfindən tələb olunan tələblər arasındakı artan uyğunsuzluğu aradan qaldırmaq üçün tələb olunan vasitələrə dair müzakirə ETF platformalarında Skills4Future and FutureOfWork həştəqi ilə izlənilə bilər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,