“Avropa Tədqiqat və İnnovasiya Günləri 2022”-də iştirak üçün qeydiyyat başladı
İyul 27, 2022

“Avropa Tədqiqat və İnnovasiya Günləri 2022”-də iştirak üçün qeydiyyat başladı


Avropa Komissiyasının Tədqiqat və İnnovasiya üzrə Baş Direktoratı dördüncü dəfə keçiriləcək Avropa Tədqiqat və İnnovasiya Günləri üçün qeydiyyata başlayıb. Sözügedən tədbirlər 28-29 sentyabr 2022-ci il tarixlərində virtual formatda keçiriləcək.

Bu ilki tədbirlərdə iştirakçılar Avropanın dayanıqlığı və strateji muxtariyyətinin gücləndirilməsi üçün yeni həll yollarını müzakirə etmək imkanı qazanacaqlar. Proqrama yeni Avropa innovasiya proqramı, Avropa Gənclər İli, Avropa mədəni yaradıcılığının zənginliyi, Aİ missiyaları və bir çox başqa mövzular üzrə sessiyalar daxildir.  

İnnovasiya, Tədqiqat, Mədəniyyət, Təhsil və Gənclər üzrə Komissar Mariya Qabriel bildirib:

“Avropanın tədqiqat və innovasiya üzrə ən böyük tədbirini qaçırmayın. Bu ilki Avropa Tədqiqat və İnnovasiya Günlərinin yeni Avropa innovasiya proqramı, Aİ missiyaları, Avropa Gənclər İli və s. haqqında ən son xəbərləri əhatə edən zəngin proqramı var. Bu, sizin Avropanın dərin texnoloji innovasiyaların və startapların yeni dalğası üçün qlobal mərkəzə çevrilməsində iştirak etmək şansınızdır. İndi qeydiyyatdan keçin və müzakirələrə qoşulun”.

İki gün davam edəcək tədbir Avropada və onun hüdudlarından kənarda tədqiqat və innovasiyaların gələcəyini müzakirə etmək və formalaşdırmaq üçün normayaradanları, tədqiqatçıları, sahibkarları və vətəndaşları bir araya gətirəcək. Əvvəlki illərdə keçirilən tədbirlərdə olduğu kimi, bu il də dünyanın hər yerindən minlərlə iştirakçının qoşulacağı gözlənilir.

Bundan əlavə, 2022-ci ildə Aİ-nin Tədqiqat və İnnovasiya Günləri vasitəsilə şəbəkələşmə və tərəfdaşların axtarışı üzrə imkanlar yaradılacaq. Tədbirlər başlayana qədər #RiDaysEU və eləcə də tədbirin internet səhifəsi vasitəsilə xəbərlər və yeni məlumatlar müntəzəm olaraq paylaşılacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Avropa Tədqiqat və İnnovasiya Günləri 2022 



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,