Avropa siyasi icması: Azərbaycan və Ermənistan liderləri Praqada görüşüb  
Oktyabr 10, 2022

Avropa siyasi icması: Azərbaycan və Ermənistan liderləri Praqada görüşüb  


Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə 2022-ci il oktyabrın 6-da Praqada Avropa siyasi icmasının ilk iclası çərçivəsində görüşüblər. 

Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiq ediblər. Onlar bu görüşün sərhədin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını və sərhəd komissiyalarının növbəti iclasının oktyabrın sonunda Brüsseldə baş tutacağını bildiriblər.

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının yerləşdirilməsinə yardım etməsinə razılıq verib. Azərbaycan isə ehtiyac olduğu halda missiya ilə əməkdaşlığa razılıq verib. Sözügedən missiya oktyabrda başlayacaq və maksimum iki ay davam edəcək. Missiyanın məqsədi etimad yaratmaq və hesabatlar vasitəsilə sərhəd komissiyalarının işinə töhfə verməkdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,