Avropa Komissiyası Ukraynaya dəstək məqsədilə kodlaşdırma müsabiqəsi keçirir
May 17, 2022

Avropa Komissiyası Ukraynaya dəstək məqsədilə kodlaşdırma müsabiqəsi keçirir


Avropa Komissiyası 2022-ci ilin iyun ayında Ukrayna üçün beynəlxalq kodlaşdırma müsabiqəsi təşkil edəcək. “Fintech Challenge for Ukraine” (Ukrayna üçün maliyyə texnologiyaları üzrə müsabiqə) onlayn formada keçiriləcək.

Dünyanın hər yerindən şirkətlər və fərdi şəxslər ukraynalılara gündəlik həyatlarında kömək edəcək, şirkətlərə gündəlik xidmətlər göstərməyə imkan verəcək və Ukraynanın bərpasına dəstək verəcək texnoloji həllər hazırlamağa dəvət olunur.

Sözügedən müsabiqə ərzində texnoloji həllərin hazırlandığı seminar və hakatonlar təşkil olunacaq. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Ukrayna Maliyyə Texnologiyaları və İnnovasiya Şirkətləri Assosiasiyası (UAFIC) ilə əməkdaşlıq çərçivəsində Avropa Rəqəmsal Maliyyə Assosiasiyası (EDFA) tərəfindən təşkil olunan müsabiqənin qalibləri iyunun sonunda Brüsseldə elan ediləcək. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Tədbirin internet səhifəsi



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,