Avropa İttifaqının maliyyə dəstəyi ilə məişət zorakılığı sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb
Yanvar 18, 2022

Avropa İttifaqının maliyyə dəstəyi ilə məişət zorakılığı sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb


Yanvarın 12-də məişət zorakılığı sahəsində həyata keçirilən Tvinninq layihəsinin bağlanış tədbiri  keçirilib. 17 ay davam edən layihə Aİ tərəfindən maliyyələşdirilib. Layihənin məqsədi qanunvericiliyin, istiqamətləndirmə mexanizmlərinin və məişət zorakılığı qurbanlarına göstərilən xidmətlərin təkmilləşdirilməsi olmuşdur.

Layihə çərçivəsində Litvadan və Avstriyadan olan ekspertlər qrupu tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində altı təlim proqramı hazırlanıb və 680 mütəxəssis, o cümlədən hakimlər, polislər, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, psixoloqlar, müəllimlər, sosial işçilər, jurnalistlər və QHT nümayəndələri üçün təlimlər keçirilib. Layihə çərçivəsində həmçinin “Məişət zorakılığı törədən şəxslərlə iş üzrə beynəlxalq müdaxilə proqramı” işlənib hazırlanmışdır.

“Avropa İttifaqı qadınlara və uşaqlara qarşı zorakılığın bütün növlərininin qarşısının alınması istiqamətində işləmək və məişət zorakılığından əziyyət çəkən şəxslərin təhlükəsizliyinin gücləndirilməsinə dəstək göstərmək əzmindədir,”  deyə Avropa İttifaqının səfiri Petr Mixalko tədbirdə çıxışı zamanı bildirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,