Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Bakıya gəlib
Sentyabr 17, 2021

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni rəhbəri Bakıya gəlib


Sentyabrın 14-də Avropa İttifaqının Azərbaycandakı yeni səfiri Petr Mixalko etimadnaməsinin surətini Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova təqdim edib. 

Görüş zamanı hər iki tərəf Şərq Tərəfdaşlığı çərçivəsində mövcud əlaqələrin və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin Aİ və Azərbaycan arasındakı münasibətlərin gələcək və daha böyük potensialını üzə çıxaracaq yeni Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin yaxın gələcəkdə imzalana biləcəyinə ümid etdiklərini bildiriblər.

Son dörd il ərzində Petr Mixalko Avropa İttifaqının Moldovadakı Nümayəndəliyinin rəhbəri kimi çalışıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,