Avropa İttifaqı və UNICEF sosial media kampaniyasına başlayır
Aprel 29, 2021

Avropa İttifaqı və UNICEF sosial media kampaniyasına başlayır


Dünyada 897 milyon məktəbli pandemiya səbəbindən ənənəvi təhsildə fasilələrlə üzləşib. 

Təhsilin vacibliyini vurğulamaq məqsədilə Avropa İttifaqı və UNICEF sosial media vasitəsilə video kampaniyaya başlayır. 

Kampaniya çərçivəsində “Uşaqların ev tapşırığını yeni yetirməsi üçün 5 ipucu” adlı ilk video rolik hazırlanacaq. Bu video rolik övladlarının ev tapşırıqlarını yerinə yetirməyə sövq etməkdə çətinlik çəkən valideynlər üçün nəzərdə tutulub.

Kampaniyanın qanunvericilər daxil olmaqla dünyanın hər yerindən 100 milyon insanı əhatə edəcəyi gözlənilir. 

#EU4Children və #ForEveryChild heşteqli video roliklərdə dünyada uşaqların əyani təhsildə qarşılaşdıqları bəzi çətinliklər ön plana çəkiləcək, eləcə də  valideynlər üçün tövsiyələr veriləcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,