Avropa İttifaqı və BMTİP Azərbaycanda peşə təhsilinin tədrisində inklüziv yanaşmanı təşviq edir
Noyabr 16, 2021

Avropa İttifaqı və BMTİP Azərbaycanda peşə təhsilinin tədrisində inklüziv yanaşmanı təşviq edir


Noyabrın 12-də Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) Azərbaycanda ilk dəfə olaraq peşə təhsili pilləsi üzrə inklüziv tədrisin tətbiqinə dair təlim proqramına start verilib. 

Sözügedən təlim proqramı, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur.

Üçgünlük proqramda Bakı, Gəncə, Şəki, Cəlilabad və Lənkəran peşə təhsil müəssisələrində çalışan müəllimlər, istehsalat təlimi ustaları üçün müvafiq təlimlər keçirilir və sağlamlıq imkanları məhdud olan şəxslər üçün peşə təhsili pilləsində tədris üzrə pedaqoji təlim dəstinin istifadəsi izah edilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,