Avropa İttifaqı 30 illiyini qeyd edir
Fevral 9, 2022

Avropa İttifaqı 30 illiyini qeyd edir


Fevralın 7-də Avropa İttifaqının yaradılmasından 30 il ötür. 

1992-ci il fevralın 7-də Niderland Krallığının Maastrixt şəhərində Avropa İttifaqının yaradılmasına dair 12 ölkə arasında saziş imzalanıb. 

Maastrixt sazişi Avropa İttifaqının rəsmi şəkildə yaradılmasını və Aİ-nin əsasını qoyub. Bu saziş sayəsində Avropa vətəndaşlığı, ümumi xarici və təhlükəsizlik siyasəti, ədliyyə və daxili işlər sahələrində əməkdaşlıq bərqərar olunub.

Saziş həmçinin bu il 20 yaşı tamam olan avronun yaradılmasına da şərait yaradıb.

Hazırda 27 Aİ ölkəsinin 440 milyondan artıq vətəndaşı Avropa İttifaqı çərçivəsində əməkdaşlığın faydalarından yararlanır. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Avropa İttifaqının yaradılmasına dair Maastrixt sazişi



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,