Aİ və ÜST COVID-19 peyvəndlərinin Azərbaycana çatdırılması və tətbiqinə dəstək verəcək
Fevral 19, 2021

Aİ və ÜST COVID-19 peyvəndlərinin Azərbaycana çatdırılması və tətbiqinə dəstək verəcək


Avropa İttifaqı və ÜST-ün Avropa üzrə Regional ofisi COVID-19 virusuna qarşı peyvəndlərin Azərbaycana çatdırılması və tətbiqinə birlikdə dəstək verəcək. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən layihə COVID-19 virusuna qarşı peyvəndlərin adı çəkilən ölkəyə gətirilməsi və tətbiqi ilə bağlı bütün mərhələləri əhatə edəcək, o cümlədən milli immunizasiya proqramını gücləndirməyə yönəlmiş əsas investisiya rolunu oynayacaq.

Bu layihə üç il müddətində Azərbaycanın Səhiyyə Nazirliyi və TƏBİB kimi əsas yerli tərəfdaşlara dəstək verən və Aİ tərəfindən maliyyələşdirilən 40 milyon avroluq  təşəbbüs çərçivəsində ÜST tərəfindən həyata keçirilir. Layihənin məqsədi altı Şərqi tərəfaşlıq ölkəsini COVID-19 virusuna qarşı peyvəndlərin tətbiqinə hazırlamaq, peyvəndlərin tətbiqi və monitorinqini həyata keçirməkdir.

“Biz hamımız peyvəndlərin qapanmalarla yadda qalan ötən ilin yeni ildə ümid və normal həyata qayıdışa çevrilməsinə yardımçı olmasını səbirsizliklə gözləyirik”, – deyə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. “Biz ötən il fərdi mühafizə vasitələri və tibbi ləvazımatın ölkəyə gətirildiyi və qısa zamanda birgə proqramlarımızı sosial-iqtisadi dirçəlişə dəstəyə yönləndirdiyimiz əməkdaşlığın davamı kimi “Team Europe” təşəbbüsü çərçivəsində, ÜST-lə birgə və tərəfdaşlarımızla həmrəyliklə çalışmaqdan qürur hissi keçiririk”.

TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu Şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, yanvar ayından başlayaraq Azərbaycanda COVID-19 virusuna qarşı peyvəndləmə başlayıb. “Risklər haqqında xəbərdarlıq, peyvəndlərin çatdırılması üçün logistika dəstəyi və peyvəndlərin saxlanılması üçün lazımi şəraitin yaradılmasına yönəlmiş Aİ və ÜST arasındakı əməkdaşlığı yüksək qiymətləndiririk”.

Ayrılmış vəsait əvvəlcə peyvəndəməyə hazırlıq və peyvəndlərin gətirilməsinin ilk mərhələsini dəstəkləyəcək və avadanlıq/təchizat, səhiyyə işçilərinin təlimi və məlumat kampaniyaları kimi strateji sahələrdəki ehtiyacların qarşılanmasına xüsusi diqqət yetirəcək.  

Sözügedən layihə Avropa İttifaqı və ÜST-ün COVID-19 pandemiyasına qarşı tədbirlərinə davam etməkdə olan dəstəyinin, o cümlədən tərəfdaş ölkələrdə virusa qarşı mübarizə və cəmiyyətin ən həssas qruplarının ehtiyaclarının daha yaxşı qarşılanmasına yönəlmiş 35 milyon avro dəyərində Aİ-nin Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün davamıdır. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Aİ-nin yeni proqramı və ÜST vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrinin peyvəndlərin tətbiqi səylərinə dəstək veriləcək



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,