Aİ və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təlimçilər üçün təlim proqramının icrasına başlayıb
Yanvar 20, 2023

Aİ və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təlimçilər üçün təlim proqramının icrasına başlayıb


Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlığın inkişafını təşviq etmək məqsədilə iki həftəlik intensiv təlimçilər üçün təlim proqramına start verib.

Proqram Aİ-nin vətəndaş cəmiyyəti təşkilatları ilə bağlı maliyyələşdirdiyi layihə çərçivəsində təşkil olunub və məqsədi yeddi milli eksperti təlimçi kimi yetişdirməkdir. Bu ekspertlər daha sonra öz bilik və bacarıqlarını 40 vətəndaş cəmiyyəti təşkilatı, sosial sahibkarlar və fəaliyyətlərini sosial sahibkarlıq sahəsinə yönəltməkdə maraqlı olan gənclər qruplarına ötürəcəklər. Təlimin ardınca təşkilatlar layihənin maliyyə dəstəyilə sosial biznes ideyaları yaradacaq və onları real biznesə çevirəcək ideyaların yaradılması və akselerasiya üzrə proqramlar həyata keçiriləcək. 

Təlim proqramı 9 moduldan ibarətdir və iştirakçılara müxtəlif sosial biznes tərifləri və terminlərini anlamağa, sosial sahibkarların ehtiyaclarını və imkanlarını qiymətləndirməyə, o cümlədən sosial sahibkarlara mentorluq etməyə və ümumilikdə, ekosistemi başa düşməyə kömək edir. Proqram həmçinin ideyanın yaradılması, biznes dizaynı və planlaması, satış və marketinq, kommunikasiya, eləcə də biznes ideyalarının təqdimatı üçün effektiv alətlər təqdim edir. 

Sözügedən təlim proqramı Azərbaycanda Sosial Sahibkarlıq Platformasının yaradılması istiqamətində çoxmərhələli prosesin başlanğıcıdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,