Aİ və BMTİP Azərbaycanda minalardan təmizləmə işinə dəstək verir
Yanvar 25, 2023

Aİ və BMTİP Azərbaycanda minalardan təmizləmə işinə dəstək verir


BMT-nin İnkişaf Proqramı (BMTİP) Aİ-nin dəstəyi ilə Azərbaycanda mina təmizləmə işinə cəlb olunan xüsusi qrupları avadanlıqlarla təmin edib. 

İxtisaslaşmış texniki işçilər və tədqiqat qrupları mülki əhalini partlamamış hərbi sursatlardan və 2020-ci ildə baş verən münaqişənin digər təhlükəli qalıqlarından qorumaq üçün fəaliyyətini davam etdirir.

Azərbaycanda fəaliyyət göstərən BMT-nin İnkişaf Proqramı Aİ-nin Mülki Müdafiə Proqramının maliyyə dəstəyilə mina təmizləmə qruplarını pikap maşınları, detektorlar, fərdi mühafizə vasitələri, dronlar və digər yüksək ixtisaslaşdırılmış vasitələrlə təmin edib.  

Beynəlxalq Avrasiya Mətbuat Fondu (İEPF) vasitəsilə səfərbər edilmiş qruplar 2021-ci ilin iyunundan bəri 109 kəndi əhatə edən 1 400 kv.km-dən çox ərazidə tədqiqat aparıb. Komanda indiyədək 1 500-ə yaxın mina və digər partlamamış hərbi sursat aşkar edib və zərərsizləşdirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,