Aİ və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafına dair tövsiyəylərini təqdim edib
Noyabr 4, 2022

Aİ və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafına dair tövsiyəylərini təqdim edib


Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək məqsədilə siyasət tövsiyələrini təqdim edib. Təqdim edilən tövsiyələr beynəlxalq təcrübənin öyrənilməsi və yerli kontekstin təhlilini əhatə edən, həmçinin yerli sosial müəssisə nümayəndələrinin böyük töhfələrinin olduğu və təxminən bir il davam edən araşdırma və məsləhətləşmələrin nəticəsidir. 

Tövsiyələrə sosial müəssisənin tərifini rəsmiləşdirmək, sosial müəssisə sertifikatı yaratmaq, sosial müəssisələr və onların dəstəkçiləri üçün fiskal stimul yaratmaq, sosial müəssisələrə qrantlar vermək və digər maliyyələşdirənləri uzunmüddətli perspektivdə həvəsləndirmək, sosial sahibkarların potensialının artırılması üçün maliyyə vəsaiti təmin etmək, tədqiqat və maarifləndirmə işlərinin maliyyələşdirilməsini təmin etmək və sosial müəssisələrdən dövlət satınalmalarını artırmaq daxildir. 

Sözügedən tövsiyələr Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində hazırlanıb. Layihədə yerli inkişafa dəstək, sosial sahibkarlığın təşviqi sahələrində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakının artırılması məqsədilə onların potensialının gücləndirilməsi nəzərdə tutulub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,