Aİ və BMTİP Azərbaycanda münaqişədən zərər çəkmiş ailələrə mal-qara paylayıb
EU Civil Protection Mechanism
İyul 14, 2023

Aİ və BMTİP Azərbaycanda münaqişədən zərər çəkmiş ailələrə mal-qara paylayıb


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı ofisi Aİ-nin dəstəyi ilə münaqişədən zərər çəkən rayonlarda yaşayan əhaliyə 500 baş iri və xırda buynuzlu ev heyvanları paylayıb.

Mal-qara Avropa İttifaqı Mülki Müdafiə və Humanitar Yardım Proqramının maliyyə dəstəyi ilə əsasən Ağcabədi və Tərtər rayonlarında yaşayan aztəminatlı ailələrə paylanıb.

Mal-qara münaqişədən zərər çəkmiş ailələrin ev təsərrüfatı üçün başlıca vasitədir,”- BMTİP-nin Azərbaycan ofisinin Facebook postunda belə qeyd olunub. 

Avropa İttifaqı Mülki Müdafiə və Humanitar Yardım Proqramı 1992-ci ildən etibarən ehtiyacı olan insanlara yardım təmin edir. Bu proqramın illik büdcəsi 1 milyard avrodan artıqdır və hər il dünyanın hər yerində milyonlarla insana yardım edir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,