BMT-nin İnkişaf Proqramı (BMTİP) dövlət siyasəti üzrə tədqiqatçıların istifadəsi üçün yeni bələdçi hazırlayıb. Bu bələdçi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində hazırlanıb.
Bələdçi layihə çərçivəsində təşkil edilən dövlət siyasəti və siyasətin təhlili üzrə təlim əsasında hazırlanıb.
Bələdçidə dövlət siyasəti konsepsiyası, siyasətin hazırlanması prosesinin mərhələləri və vətəndaş cəmiyyəti təşkilatlarının bu prosesdə iştirakı ətraflı şəkildə izah edilir. Sənəddə həmçinin siyasətin qəbulu və işlənib hazırlanmasında istifadə olunan sənədlərin rolu izah edilir və praktiki nümunələr təqdim edilir.
Bu resurs tələbələr, müəllimlər və bu sahədə çalışan digər tədqiqatçılar üçün nəzərdə tutulub.
“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi Aİ-nin maliyyələ dəstəyilə BMTİP tərəfindən həyata keçirilir. Layihənin məqsədi siyasətin hazırlanması proseslərində iştirak etmək, yerli inkişafa töhfə vermək, sosial sahibkarlıq və sosial innovasiyaları təşviq etmək üçün vətəndaş cəmiyyəti təşkilatlarının potensialının gücləndirilməsinə kömək etməkdir.
Daha çox öyrən
Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,