Aİ və BMTİP Azərbaycanda ilk restoran xidmətləri üzrə müsabiqənin təşkilinə kömək edib

Aİ və BMTİP Azərbaycanda ilk restoran xidmətləri üzrə müsabiqənin təşkilinə kömək edib

İyul 25, 2022

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı (BMTİP), Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının birgə əməkdaşlığı ilə ölkədə ilk dəfə olaraq restoran xidmətləri üzrə yarış keçirilib.

Yarış Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin dəstəyi ilə baş tutub. Tədbir müxtəlif peşə istiqamətləri üzrə ölkədə milli yarışların təşkili və müvafiq olaraq, Azərbaycanı beynəlxalq yarışlara hazırlamaq fəaliyyətləri çərçivəsində keçirilib.  

Müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 173 iştirakçı seçilib. Münsiflər heyəti qarşısında müxtəlif tapşırıqlar yerinə yetirən iştirakçılar arasından üç qalib seçilib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,