Aİ və Avropa Şurası Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günündə bəyanatla çıxış ediblər
European Union, 2023
Oktyabr 11, 2023

Aİ və Avropa Şurası Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günündə bəyanatla çıxış ediblər


Avropa İttifaqı və Avropa Şurası oktyabrın 10-da qeyd olunan Avropa və Ümumdünya Ölüm Cəzasına qarşı Mübarizə Günündə ölüm cəzasının hər hansı formada yenidən tətbiqi daxil olmaqla “bütün hallarda və istənilən şəraitdə”  birmənalı olaraq ona qarşı olduqlarını bir daha qəti şəkildə bildiriblər. 

“Ölüm cəzası insan ləyaqətini ən pis şəkildə təkzib edən qeyri-insani və ləyaqəti alçaldan cəzadır. O, cinayətlərin törədilməsində çəkindirici rol oynaya bilməz və ölüm cəzası ədalət mühakiməsinin yanlış qərarlarının düzəlişini mümkünsüz edir”, – Aİ və Avropa Şurasının birgə bəyanatında deyilir. 

Bu il Avropa İnsan Hüquqları Konvensiyasında ölüm cəzasının bütün hallarda ləğvini nəzərdə tutan 13 saylı Protokolun qüvvəyə minməsindən 20 il ötür. Bu protokol bu günə qədər 44 Avropa Şurasına üzv dövlət tərəfindən ratifikasiya olunub. Aİ 13 saylı Protokolun Ermənistan Milli Assambleyası tərəfindən ratifikasiya edilməsini və Azərbaycan tərəfindən qəbul edilməsini alqışlayıb və hər iki üzv ölkəni ratifikasiya prosesini tezliklə başa çatdırmağa çağırıb.

Belarus Avropada ölüm hökmünün tətbiq olunduğu yeganə ölkə olaraq qalır. “Aİ və Avropa Şurası Belarusda bu dəfə dövlətə xəyanətdə ittiham olunan dövlət qulluqçuları və hərbçilərə qarşı ölüm hökmünün bir ildən də az müddətdə ikinci dəfə uzadılması ilə bağlı təəssüf hissini ifadə edir”, – bəyanatda deyilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,