Aİ Ukrayna üçün hərbi dəstək məqsədilə ayrılan maliyyə vəsaitini ikiqat artıraraq 1 milyard avroya çatdıracaq

Aİ Ukrayna üçün hərbi dəstək məqsədilə ayrılan maliyyə vəsaitini ikiqat artıraraq 1 milyard avroya çatdıracaq

Mart 14, 2022

Bu gün Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım məqsədilə ayrılan maliyyə vəsaitinin həcmini ikiqat artıraraq 1 milyard avroya çatdıracaq.

Borrel Fransa paytaxtındakı Versal sarayında keçirilən zirvə görüşü zamanı 27 Aİ ölkəsi lideri arasında sözügedən məsələ ilə bağlı razılığın əldə edildiyini deyib. “[Razılığın əldə olunması] heç də çətin olmadı. Hamı çox gözəl başa düşürdü ki, biz Ukraynaya hərbi dəstəyimizi artırmalı, Rusiyaya isə təzyiqləri davam etdirməliyik. Beləliklə, daha 500 milyon avro ayrılacaq.”

O, Aİ liderlərinin bu səhər qərarı imzalamağa hazır olduqlarını bildirib: “Mən maliyyə yardımını ikiqat artırmaq, Ukrayna Silahlı Qüvvələri üçün hərbi [təchizat] məqsədilə daha 500 milyon avro ayırmaq və oliqarxlara və Rusiya iqtisadiyyatına əlavə sanksiyalar barədə düşünməyə davam etmək təklifini vermişəm… Biz bunu edəcəyik və əminəm ki, [Avropa] Liderləri bu səhər bunu təsdiq edəcəklər”, o deyib və əlavə edib ki,hadisələr sürətlə cərəyan etdiyi üçün bu işin dərhal həyata keçirilməsi gözlənilir”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,