Aİ tərəfindən maliyyələşdirilən təşəbbüs Azərbaycanda tibb işçiləri üçün təlimlərin keçirilməsinə dəstək verib
Fevral 12, 2021

Aİ tərəfindən maliyyələşdirilən təşəbbüs Azərbaycanda tibb işçiləri üçün təlimlərin keçirilməsinə dəstək verib


Azərbaycanın səhiyyə işçiləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Aİ və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən birgə həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində təşkil edilən xüsusi təlim kursunda iştirak ediblər. 

Təlimdən sonra 34 tibb işçisi COVID-19 pandemiyası kontekstində infeksiyalara nəzarət və yoluxmaların idarə edilməsi, eləcə də ilkin tibbi yardımın göstərilməsi mövzusunda təlimçi kimi fəaliyyət göstərəcəklər. 

“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”, COVID-19 pandemiyasına qarşı tədbirlər görməkdə altı Şərqi tərəfdaşlıq ölkəsinə dəstək verir və ictimai səhiyyə sahəsində fövqaladə vəziyyətlərin qarşısının alınması, belə hallara hazırlıq, vaxtında aşkarlanması və müvafiq tədbirlərin görülməsində milli səhiyyə sistemlərinin potensialını gücləndirir. 35 milyon avrodan artıq büdcəyə malik bu təşəbbüs artıq regiondakı ölkələri 11 milyondan çox fərdi qoruyucu vasitə, 12000 laboratoriya dəsti, 1500-dən çox süni tənəffüs aparatı, oksigen konsentratorları və oksimetrləri, eləcə də 20000-dən artıq PCR test dəsti kimi çoxlu sayda tibbi ləvazimat və avadanlıqlarla təmin etmişdir.

Daha çox öyrən

Mətbuat üçün açıqlam

 



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,