Aİ tərəfindən maliyyələşdirilən layihə Azərbaycanın bölgələrindəki peşə təhsili müəssisələrinin mövcud vəziyyətini təhlil edir
Fevral 5, 2021

Aİ tərəfindən maliyyələşdirilən layihə Azərbaycanın bölgələrindəki peşə təhsili müəssisələrinin mövcud vəziyyətini təhlil edir


Fevralın 2-də  Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda peşə təhsili və təlimi (PTT) mərkəzlərinin müasirləşdirilməsi” layihəsi ilk dəfə olaraq Şəki və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrinə səfər təşkil edib. Sözügedən layihə 2020-ci ilin avqust ayında Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Azərbaycan Təhsil Nazirliyi tərəfindən Azərbaycanda peşə təhsili sisteminin (VET) keyfiyyətinin artırılması və gənclərdə peşə təhsilinə marağın oyadılması məqsədilə həyata keçirilməyə başlanılıb. 

11,4 milyon manat dəyərində olan layihə dörd il davam edəcək.

Şəki və Gəncə şəhərlərinə edilən səfər mövcud vəziyyəti qiymətləndirmək və cari çətinliklərin araşdırılması məqsədini daşıyıb. Səfər iştirakçıları yerli peşə təhsili müəssisələrində yeni emalatxanalar, karyera mərkəzləri və öyrənmə fabriklərinin yaradılması, ikili diplom proqramlarının və rəqəmsal innovasiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

Aİ tərəfindən maliyyələşdirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan təlimlər keçirmək üçün Azərbaycanda peşə təhsili müəssisələrinin müasirləşdirilməsinə kömək etmək məqsədi daşıyır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,