Aİ sanksiyalarına məruz qalan Rusiya oliqarxları və qurumlarının 13,8 milyard avro məbləğində pul vəsaitləri dondurulub

Aİ sanksiyalarına məruz qalan Rusiya oliqarxları və qurumlarının 13,8 milyard avro məbləğində pul vəsaitləri dondurulub

İyul 13, 2022

Aİ-nin Ədliyyə üzrə Komissarı Didye Reynders Praqada keçiriləcək Aİ-yə üzv ölkələrin ədliyyə nazirlərinin görüşü ərəfəsində bildirib ki, Aİ sanksiyalara məruz qalan Rusiya oliqarxları və qurumların 13,8 milyard avro məbləğində vəsaitini dondurmağa nail olub.

“Bu, kifayət qədər böyük rəqəmdir. Amma onun böyük bir hissəsi, 12 milyard avrodan çoxu, beş üzv ölkədən gəlir, ona görə də biz digərlərini da eyni şeyi etməyə inandırmaqda davam etməliyik”, – deyə komissar bildirib.

O, əlavə edib ki, yay aylarından sonra sanksiyalardan yayınmanı Aİ daxilində cinayət hesab edəcək yeni hüquqi sənəd üzrə yekun siyasi razılaşmanın əldə olunacağı gözlənilir. 

Adı çəkilən pul vəsaitlərinin dondurulması Avropa Komissiyasının mart ayında təsis etdiyi “Freeze and Seize” İşçi Qrupu çərçivəsində həyata keçirilib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,