Aİ rəsmisi ittifaqın İqtisadi və İnvestisiya Planını müzakirə etmək üçün Bakıya səfər edib
Noyabr 23, 2021

Aİ rəsmisi ittifaqın İqtisadi və İnvestisiya Planını müzakirə etmək üçün Bakıya səfər edib


17-18 noyabr tarixlərində Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktor vəzifəsini icra edən Maçye Popovski Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrasını müzakirə etmək üçün Bakıda rəsmi səfərdə olub. Popovski həmçinin Bakıda Aİ, beynəlxalq maliyyə qurumları, Azərbaycan hökuməti və əsas maraqlı tərəflərin iştirakı ilə keçirilən blendinq üzrə seminara qatılıb.

Sözügedən plan və Azərbaycan üzrə beş mühüm təşəbbüs bu ilin iyul ayında təqdim olunub. Həmin təşəbbüslər arasında Bakı Dəniz Limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizi, KOB-lara dəstək, kənd yerlərinin innovativ inkişafı və yaşıl şəhərlər kimi mühüm layihələr var. Onların məqsədi ölkəyə əhəmiyyətli həcmdə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın davamlı artırılmasıdır.

“Azərbaycana baş tutan missiyam onu göstərdi ki, Azərbaycanda investisiya potensialı ilkin olaraq göstərilən səviyyələrdən artıq ola bilər. Azərbaycan və Şərq Tərəfdaşlığı regionunda vətəndaşların gündəlik həyatında müsbət dəyişiklik etmək üçün Aİ hökumət, özəl sektor və beynəlxalq maliyyə qurumları ilə birlikdə işləməyə hazırdır”, – deyə Popovski bildirib.

İqtisadi və İnvestisiya Planı bütün Şərq Tərəfdaşlığı ölkələri üçün 17 milyard avroya qədər dövlət və özəl sərmayəni cəlb etmək məqsədilə 2,3 milyard avroya qədər Aİ maliyyəsini səfərbər etmək məqsədi daşıyır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,