Aİ Qara dəniz regionunda vətəndaş cəmiyyəti təşkilatlarına və jurnalistlərə qrantlar ayıracaq

Aİ Qara dəniz regionunda vətəndaş cəmiyyəti təşkilatlarına və jurnalistlərə qrantlar ayıracaq

Aprel 29, 2021

Qara Dəniz Regional Əməkdaşlıq üzrə Etimad Təşkilatı (BST), açıq, şəffaf və inklüziv idarəçilik sistemini təşviq etmək məqsədilə layihə qəbuluna başlayır.

Layihə təklifləri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Transatlantik Fondu tərəfindən həyata keçirilən “Geniş Qara dəniz regionunda regional əlaqələrin və keçid dövrü üzrə paylaşımların gücləndirilməsi” çərçivəsində qəbul olunacaq. 

Bu layihə geniş Qara dəniz regionundakı ölkələrdə və Aİ-yə yeni üzv ölkələrdə vətəndaş cəmiyyəti təşkilatlarını, müstəqil media qurumlarını və jurnalistləri dəstəkləmək məqsədi daşıyır.

Layihə təklifləri, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada rəsmi qeydiyyatdan keçmiş azı üç vətəndaş cəmiyyəti təşkilatının (və ya müstəqil media qurumu) birgə konsorsiumu tərəfindən irəli sürülməli və azı üç ölkəni əhatə etməlidir.

İkinci mövzu isə Qara dəniz regionu və Aİ-yə yeni üzv ölkələrdəki təşkilatlar arasındakı ikitərəfli mübadiləni əhatə edir (ümumi büdcəsi 7500-15 000 avro arasında dəyişir). 

Layihə təklifləri davamlı olaraq qəbul olunacaq və ilk təkliflərin son qəbulu tarixi 20 may 2021-ci ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,