Aİ-nin yeni proqramı və ÜST vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrinin peyvəndlərin tətbiqi səylərinə dəstək veriləcək
Fevral 12, 2021

Aİ-nin yeni proqramı və ÜST vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrinin peyvəndlərin tətbiqi səylərinə dəstək veriləcək


Fevralın 11-də Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə tərəfdaşlıq çərçivəsində altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsinin (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) hər birində əhalinin təhlükəsiz və səmərəli şəkildə peyvəndlənməsinə yerli hazırlığın təmin edilməsi üçün son dərəcə vacib yardımını edərək 40 milyon avrodan artıq büdcəyə malik yeni regional proqramın icrasına başlayıb. 

COVAX proqramı, o cümlədən Aİ-yə üzv dövlətlər ilə peyvənd mübadiləsi mexanizmləri vasitəsilə adı çəkilən ölkələrdə peyvəndlərin səmərəli şəkildə qəbuluna və tətbiqinə hazırlıq işləri görüləcək. Proqrama risklər haqqında xəbərdarlıq və ictimaiyyətin cəlb olunması, peyvəndlərin tədarükünu idarə edən qurumlara dəstək, peyvəndlər haqqında məlumatlara və onların təhlükəsizliyinə nəzarət, peyvənd kampaniyasında iştirak edən səhiyyə orqanlarının rəhbərləri və tibb işçiləri üçün təlimlərin keçirilməsi, peyvəndlərin və müvafiq materialların çatdırılması və istifadəsi üçün nəqliyyat vasitələri kimi əsas logistik dəstək daxildir.

ÜST ilə birgə bu gün icrasına başladığımız bu yeni proqramla, Aİ Şərqi tərəfdaşlıq ölkələrinin səhiyyə sahəsindəki böhran ilə mübarizəsinə dəstəyə dair öhdəliklərini yerinə yetirdiyini nümayiş etdirir”. Bunu  Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri Danışıqları üzrə Komissar Oliver Verhelyi bildirib. “İndiki dövrdə birgə fəaliyyətimiz bu regionun dayanıqlı sosial-iqtisadi bərpası istiqamətində cəld çalışmağımızı təmin edəcək. Bu proqram, Aİ-nin pandemiyaya qarşı mübarizə üçün və regionun uzunmüddətli sosial-iqtisadi bərpasına dəstək məqsədilə səfərbər etdiyi 1 milyard avro həcmində yardımına əlavədir”, – deyə Varhelyi əlavə edib.

Sözügedən proqram “Team Europe” təşəbbüsü çərçivəsində həyata keçirilir və hazırda Şərq Tərəfdaşlığı regionunda icra edilən Avropa İttifaqı və ÜST-nin “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünə” əsaslanır. 35 milyon avrodan artıq büdcəyə malik bu təşəbbüs artıq regiondakı ölkələri 11 milyondan çox fərdi qoruyucu vasitə, 12000 laboratoriya dəsti, 1500-dən çox süni tənəffüs aparatı, oksigen konsentratorları və oksimetrləri, eləcə də 20000-dən artıq PCR test dəsti kimi çoxlu sayda tibbi ləvazimat və avadanlıqlarla təmin etmişdir. 

Team Europe” vasitəsilə Aİ büdcəsindən 500 milyon avro həcmində yardım daxil olmaqla 850 milyon avrodan artıq maddi yardımı ilə Aİ, COVAX proqramının ən böyük ianəçilərindən biridir. Bu yardımlar sayəsində COVAX 2021-ci ilin sonuna qədər 92 aşağı və orta gəlirli ölkəyə 1,3 milyard doza peyvənd göndərməyi planlaşdırır.

Peyvəndlərə erkən çıxış imkanının təmin edilməsi üçün və Aİ-nin peyvənd strategiyası təcrübəsinə əsaslanaraq, Avropa Komissiyası Aİ-nin mübadilə mexanizmini yaratmağa hazırdır. Bu mexanizm çərçivəsində ittifaqa üzv dövlətlər Şərqi tərəfdaşlıq ölkələri ilə Aİ tərəfindən təmin olunan peyvənd dozalarının müəyyən hissəsini paylaşa biləcək. 

Daha çox öyrən 

Mətbuat üçün açıqlama

Layihə haqqında məlumat bülleteni

Koronavirus pandemiyası və bərpa dövründə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinə dəstəyi



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,